SON XƏBƏRLƏR

Amerika Senatı qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə qəbul edə bilər

2021.10.20, 07:36
Amerika Senatı qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə qəbul edə bilər

Gunaz.tv

GünAz TV: Qətnamənin həmmüəllifləri ermənipərəst senatorlardır.

Ermənipərəst senatorlar ABŞ (Amerika Birləşmiş Ştatları) Senatında yenidən qondarma ermini soyqırımı haqqında qətnaməni qəbul etdirməyə cəhd edəcəklər. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Nyu-Cersidən olan demokrat-senator Robert Menendes və İllinoysdan olan cümhuriyyətçi-senator Mark Kirk aprelin 24-də ABŞ Senatına həmmüəllifləri olduqları qətnaməni təqdim etməyə hazırlaşırlar.

 Hər iki senator hazırda öz həmkarlarından dəstək imzaları toplamaqla məşğuldurlar. Proses yekunlaşdıqdan sonra senatorlar qətnaməni Senatın xarici məsələlər üzrə komitəsinə təqdim etməyə hazırlaşırlar.

 Xatırladaq ki, Robert Menendes 2010-cu ildə Metyu Brayzanın ABŞ-ın Azərbaycana səfir təyin edilməsinə mane olmuşdu. Mark Kirk də öz növbəsində qatı ermənipərəst siyasət yürütməklə diqqət çəkib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar