GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı jurnalist Camal Qaşıqçının ölümü ilə əlaqədar sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə sənəd ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Sanksiyalar ABŞ-ın insan hüquqlarını pozanlara qarşı tətbiq etdiyi Qlobal Maqnitskiy Aktı adlandırılan proqram çərçivəsində qəbul edilib.
Sanksiyalar həmçinin Səudiyyə Ərbistanının vəliəhdinin sabiq köməkçisi Səud əl-Katani və krallığın Türkiyədəki baş konsulu Məhəmməd əl-Otaybiyə qarşı tətbiq edilib.
N.S