SON XƏBƏRLƏR

“Amnesty İnternational” İranda işçi fəalların ağır cəzalara məhkum edilməsini qınayıb

2021.10.20, 07:36
“Amnesty İnternational” İranda işçi fəalların ağır cəzalara məhkum edilməsini qınayıb

Gunaz.tv

GünAz TV: “Amnesty İnternational” İranda işçi fəallara qarşı çıxarılmış son ağır hökmləri qınayan bəyanat yayıb.

 

Təşkilat işçi fəallar və jurnalistlərə qarşı çıxarılan zalım hökmlərin İran rəhbərləri tərəfindən dərhal və qeyd-şərtsiz ləğv edilməsini tələb edib.

 

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə məsulu Flip Luter məsələyə münasibətində bildirib ki, bu zalım hökmlər İranın məhkəmə sisteminin zülmünü təsdiqləyən növbəti haldır və bu ölkə rəsmilərinin jurnalist və fəhlələrin hüquqlarına etinasızlığını bir daha nümayiş etdirir.

 

Xatırladaq ki, sentyabrın 8-də keçirilmiş məhkəmə iclasında “Həft Təpə” şəkər qamışı zavodunun işçilərinin etiraz aksiyaları zamanı həbs edilən fəhlələr, işçilər və jurnalistlərə qarşı ağır hökmlər çıxarılmışdı.

 

Məhkəmə zamanı ən ağır cəzalar 14 il olmaqla İsmayıl Bəxşi və 19 il 6 ay olmaqla Sepide Qəliyana verilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar