SON XƏBƏRLƏR

Ankara Vaşinqton və İrəvanı uyardı

2021.10.20, 07:36
Ankara Vaşinqton və İrəvanı uyardı

Gunaz.tv
GünAzTv: Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ (Amerika Birləşmış Ştatları) Nümayəndələr Palatasının xarici münasibətlər komitəsində müzakirə ediləcək qondarma erməni soyqrımı qanun layihəsi ilə bağlı olaraq ABŞ və Ermənistana xəbərdarlıq edib. Türkiyə mətbuatı məlumatına görə, baş nazir keçirdiyi brifinq zamanı, jurnalistlərdən birinin 4 martla bağlı verdiyi suala belə cavab verib: GünAzTv mətbuat mərkəzinin ANS-ə istinadən yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğan əlavə edib ki "Mütəmadi olaraq təmaslarımız davam edir. Son ABŞ səfərimdə də bu məsələni müzakirə etdik. Hazırda bir qrup millət vəkili ABŞ-dadır. Bu proses davam edir. Bizim mövqeyimiz bəllidir. İsveçrədən başlayan bir proses var, bu davam edir. Qarşılıqlı olaraq yaxşı niyyət göstərilsə, nəticə olacağına inanıram. Əgər 4 martda, 24 apreldə səhv addım atılsa, bu, prosesi baltayar. Elə zənn edirəm ki, konqres üzvləri bu məsələyə həssaslıq nümayiş etidrəcəklər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar