SON XƏBƏRLƏR

Marağada 700 illik tarixi Durbaduran təpəsi dağıdılır-FOTOLAR

2021.11.17, 12:31
Marağada 700 illik tarixi Durbaduran təpəsi dağıdılır-FOTOLAR

Gunaz.tv

Tarixi təpənin torpaq alverçiləri, mənfəətçilər və kooperativ şirkətlər vasitəsilə məhv edildiyi qeyd olunur.

Məlumata görə, uzun illər boyu əl dəyməmiş qalan təpə hazırda yaşayış komplekslərinin salınması üçün mənimsənilib satılır.

“Bir müddətdir ki, şəhər kooperativlərindən biri Marağanın şərq tərəfindəki torpağın bir hissəsini alır və bu təpələrin ərazisində 400 villa tikmək niyyətindədir.

Bununla da 10 ildən az müddətdə şəhərin əl dəyməmiş istirahət və turizm bölgələri olan Marağanın Durbaduran təpəsinin bütün torpaqları villalara çevriləcək”-deyə, xəbərdə bildirilib.

Marağanın 500 metrliyində yerləşən tarixi təpədə aparılan qazıntı işləri və yaşayış komplekslərinin salınması eyni halda burada ən azı 1000 il ömrü olan bağ sahələrinin aradan getməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olacaq.

Durbaduran təpəsi 2002-ci ildə 7539 qeydiyyat nömrə nişanı ilə İranın mədəni əsərlər siyahısına salınıb.

 “İdarənin bu təpənin ərazisində 20 hektar torpaq sahəsi var və yüksək mühafizə olunur. Bu torpaqların istifadəsinin dəyişdirilməsi, əkin və bağ sahələrinə çevrilməsi qadağandır.

Qanunu pozan şəxslər barəsində iş qaldırılaraq və məhkəmə orqanlarına məlumat veriləcək”-deyə, Marağanın Su Hövzələrinin İdarə Edilməsi və Təbii Ehtiyatlar İdarəsindən məsələ ilə bağlı verilən məlumatda bildirilib.

Marağanın Yol və Şəhərsalma İdarəsinin başçısı Məqsud Məhərrəmpur isə verdiyi açıqlamada 16 hektar ərazinin onlar tərəfindən qorunduğunu, təpədə aparılan hər hansı dəyiıiklik və işin qanunsuz olduğunu deyib. 

“Bu təpənin ərazisi qeydə alınmış abidələr sırasındadır və bu ərazidə hər hansı tikinti və torpaq sahəsinin satılması qanunsuzdur.

Vətəndaşlar bu qədim abidənin ərazisində torpaq alqı-satqısından çəkinməlidirlər”-deyə, Marağanın Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Yəqub Talibi tarixi təpənin dağıdılması ilə bağlı verdiyi açıqlamada qeyd edib.

C.E

 

مرمت مساجد تاریخی مراغه در دستورکار است

Yəqub Talibi

content_image_1637136780.jpg

content_image_1637136793.jpg

content_image_1637136804.jpg

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar