SON XƏBƏRLƏR

Araz çayından Təbrizə su transferi layihəsinin icrasına başlanılacaq

2021.10.20, 07:36
Araz çayından Təbrizə su transferi layihəsinin icrasına başlanılacaq

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətinin Məntəqə Su Şirkətinin icraçı direktoru Araz çayından Təbrizə su transferi layihəsi ilə bağlı işlərin yekunlaşdığını diqqətə çatdıraraq yaxın günlərdə layihənin təməlqoyma mərasiminin keçiriləcəyini bildirib.

 

Bu barədə mətbuat danışan Yusif Qafarzadə layihənin bölgəyə verən faydalarına işarə edib.

 

“Araz çayından Təbrizə su transfer etmək çox həssas işdir və uzun müddətdir ki, gündəmdədir. Su kəmərinin keçdiyi  21 şəhər və 450 kəndin əhalisi içməli sudan bəhrələnəcək”- deyə o bildirib.

 

Y.Qafarzadənin sözlərinə görə, “artıq layihə ilə əlaqədar  xarici maliyyələşdirmə mənbələri məsələsi öz həllini tapıb, 680 milyon avro dəyərində olan layihə ilə bağlı işlər yekunlaşıb. Su transferi xəttini davam etdirəcək layihənin təməlqoyma mərasimi yaxın günlərdə keçiriləcək.”

 

Bundan əvvəl Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti üzrə direktoru Fərhad Sərxoş bildirmişdir ki, Araz çayından Təbrizə su transferi layihəsinin xərcini Urmu Gölünü Canlandırma Mərkəzi təmin edəcək.

 

Ərdəbil Əyalətinin 7 millət vəkilinin hamısı sözügedən layihənin icrasına qarşı çıxaraq öz etirazlarını bildiriblər.

 

Təbriz şəhərinin içməli suyunun böyük hissəsi Zərinərud (Cığatı) çayından təmin olunur, lakin son 20 ildə çayın suyu xeyli azalıb. Hazırda Təbrizin əksər məntəqələrində su tez-tez kəsilir və təzyiqi aşağıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar