Qəzet Tehran hökumətinin müxaliflərə qarşı sui-qəsdlərdə cinayətkar dəstələrin, o cümlədən bahalı daşlar qaçaqmalçılığı ilə məşğul olan şəxslərin xidmətindən istifadə etdiyini yazır.
Qeyd olunan məlumatlar "Vaşinqton Post" qəzetinin Amerika və Avropa ölkələrinin 15 rəsmi və təhlükəsizlik qurumlarının rəsmiləri ilə apardığı müsahibələr, əldə edilən kəşfiyyat sənədləri əsasında hazırlanıb.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi və Qüds qüvvələri suiqəsd əməliyyatlarının planlaşdırılmasında əsas rol oynayan iki qurum kimi qeyd edilib.
Timur