SON XƏBƏRLƏR

Cavid Rəhman: "İran etirazlarında repressiyanın ölçüləri beynəlxalq cinayətlər nümunəsidir"

2023.03.11, 14:19
Cavid Rəhman: "İran etirazlarında repressiyanın ölçüləri beynəlxalq cinayətlər nümunəsidir"

Gunaz.tv

Hesabatda hökumət məmurları tərəfindən öldürülən və həbs edilənlərin statistikasını açıqlayıb, repressiyaların şiddətindən bəhs edib.

"İranda etirazçıların özbaşına həbsi, edamlar, saxta məhkəmələr, işgəncələr, cinsi zorakılıqların miqyası və şiddətinə görə İran yəqin ki, beynəlxalq cinayətlər, xüsusilə də insanlıq əleyhinə cinayətlər törədib",- hesabatda qeyd edilib.

O, daha sonra İranda insan haqlarının kobud şəkildə pozulmasına görə Tehran hökumətinin qanuni mexanizm vasitəsilə məsuliyyətə cəlb etmək üçün beynəlxalq ictimaiyyəti səylərini birləşdirməyə çağırıb.

Bununla yanaşı insan haqları müdafiəçisi Səba Bəluç İranda yaşayan xalqlardan ölkədə insan haqlarının pozulması ilə bağlı faktlar, məlumat və rəsmi sənədləri BMT-nin İnsan Hüquqları üzrə Araşdırma Komitəsinə göndərmələrini istəyib. 

Onun dediyinə görə, bu faktlar bu komitənin İranla bağlı hazırlayacağı yekun hesabatında qeyd ediləcək.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar