SON XƏBƏRLƏR

Avropa İttifaqı: Metsamor AES bağlanmalıdır

2021.10.20, 07:36
Avropa İttifaqı: Metsamor AES bağlanmalıdır

Gunaz.tv

GünAz TV: Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmalı olduğunu deyib.

 

Bu barədə erməni kütləvi informasiya vasitələri yazıb.

 

D.Lorents qeyd edib ki, AES-in keyfiyyətini standartlara uyğun yüksəltmək mümkün deyil: “Biz hesab edirik ki, AES-in işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır”.

 

Qeyd edək ki, bir müddət əvvəl Aropa İttifaqı Metsamor AES-in bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd etmişdi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar