SON XƏBƏRLƏR

Avropa İttifaqı Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatına münasibət bildirib

2021.10.20, 07:36
Avropa İttifaqı Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatına münasibət bildirib

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı (Aİ) Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına münasibət bildirib.

 

Xarici mediada yayılan məlumata görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini jurnalistlərə açıqlamasında “Zeytun budağı” əməliyyatından narahatlıq keçirdiklərini bildirib.

 

Onun sözlərinə görə, bu məsələ çox həssas və bölgə üçün vacib məqamlardandır.

 

“Narahatam və bu mövzu ilə bağlı Türkiyə rəsmiləri ilə görüşəcəyəm” - Aİ rəsmisi deyib.

 

Qeyd edək ki, Türkiyə ötən həftənin şənbə günü Afrində hərbi əməliyyatlara başlayıb. Əməliyyatın məqsədi sərhəd təhlükəsizliyini təmin etmək və terrorçuları məhv etməkdir. Artıq bəzi strateji mövqelər terrorçulardan azad edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar