SON XƏBƏRLƏR

Bayden G20 sammitini yüksək qiymətləndirib

2021.11.01, 08:21
Bayden G20 sammitini yüksək qiymətləndirib

Gunaz.tv

Ağ Ev rəhbəri bu barədə sammitdən sonra İtaliyanın paytaxtı Romada keçirilən mətbuat konfransında danışıb.

"Bu, böyük qlobal çağırışlarla əlamətdar olan, pandemiyanın kritik olduğu, iqtisadi bərpanın və iqlim böhranı ilə mübarizənin davam etdiyi çətin bir il oldu.

Hesab edirəm ki, biz bu məsələlərin hər biri üzrə niyyətimizə görə nəzərəçarpacaq irəliləyiş əldə etmişik”, - ABŞ rəhbəri deyib.

Bayden qeyd edib ki, sadaladıqları problemlərin həlli ABŞ-ın əsas hədəflərindəndir.

Ağ Ev başçısı eyni zamanda Rusiya və Çin rəhbərlərinin sammitə qatılmamasına görə təəssüfünü ifadə edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar