SON XƏBƏRLƏR

Azərbaycan yaxın aylarda dünya bazarına mis və gümüş çıxaracaq

2021.10.20, 07:36
Azərbaycan yaxın aylarda dünya bazarına mis və gümüş çıxaracaq

Gunaz.tv
GünAzTv: Azərbaycan yaxın aylarda dünya bazarına mis və gümüş çıxaracaq. bu barədə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri məlumat verib. GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, Dünya bazarında satışa çıxarılan qiymətli metallar sırasına yaxın aylarda yeniləri– Azərbaycan mis və gümüşü də əlavə olunacaq. Elə bu məqsədlə Gədəbəydə mis zavodu (Karxanə) fəaliyyətə başlayıb. Sınaq işləri başa çatdıqdan sonra, təxminən bir həftəyə müəssisə tam olaraq istismara veriləcək. Analoqu olmayan bu zavodda mis və gümüşün istismarı dünyada ilk dəfə tətbiq edilən üsulla aparılacaq. Azərbaycan Benyləxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri belə deyir. Qızıl sevənlər zinət əşyaları almaq üçün yalnız dünya brendlərindən seçim etmək məcburiyyətində qalmayacaq. Çox keçməyəcək ki, məşhur brendler siyahısına daha bir brend - Azərbaycan qızılı da əlavə olunacaq. Yəni hazırda əcnəbi istehlakçılarının ixtiyarına verilən yerli qızıl yaxın gələcəkdə daxili bazarda da satışa çıxarılacaq. Hazırda bu istiqamətdə texniki məsələlər nəzərdən keçirilir. Qeyd edək ki, hazırda Azərbaycan qızılı İsçeçrədə təmizlənərək satışa çıxarılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar