SON XƏBƏRLƏR

“Azərbaycanı müdafiə edən deputatlara “pantürkist” damğası vurulur”- Mərənd və Culfanın millət vəkili

2021.10.20, 07:36
“Azərbaycanı müdafiə edən deputatlara “pantürkist” damğası vurulur”- Mərənd və Culfanın millət vəkili

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd və Culfa məntəqələrinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad bildirib ki, Azərbaycanı müdafiə edən deputatlara hökumət rəsmiləri tərəfindən “pantürkist” və “bölücü” damğası vurulur.

 

Millət vəkili bu barədə öz Teleqram kanalında bir mətn paylaşıb.

“Gənclər və idman nazirini deputatların suallarını cavablandırmaq məqsədi ilə parlamentə çağırmaq məsələsi bir çoxlarını hərəkətə gətirdi. Onlar təqvadan uzaq bir şəkildə nazirin hesabat verməsini istəyən deputatları “qövmlərlə bağlı cərəyanı gücləndirmək və pantürkistlərin dəyirmanına su tökmək”də ittiham edərək əhalinin haqlı tələbinin gündəmə gətirilməsinə mane olub, buna çalışan deputatlara qarşı təxribat apardılar.

Hazırda hesabat tələb edən deputatlardan 20-nin imzası qalır, onlardan 8-i qeyri-türk məntəqələrindən seçilmiş millət vəkilləridir. Maraqlıdır ki, siz o deputatları necə “pantürkizm” xülyası kotiqoriyasına daxil etdiniz?!”- deyə mətnin bir hissəsində qeyd olunub.

 

Mərəndin millət vəkili sözlərinin davamında güney azərbaycanlı deputatları ittiham edən məsullara bir neçə sual ünvanlayıb: “Nə üçün biz nazirdən hesabat tələb etdiyimiz zaman “pantürkist” ittihamı ilə üzləşirik?! Məsələn, Tehran-Qum caddəsində bir avtobus qəzaya uğradığı zaman yol və sənaye nazirlərindən hesabat tələb edən deputatlar əhalinin haqqını tələb edən millət vəkilləri adlanır. Lakin Təbriz-Məşhəd qatarı yandığı zaman yol nazirindən hesabat tələb edənlər “pantürkist” adlanır! “Traxtur” komandası tərəfdarlarının tələbini gündəmə gətirmək dəyərlərə qarşı fəaliyyət adlanır, amma bu iş digər komandalar barəsində olduğu zaman dəyərlərə uyğun və mədəni əməl hesab olunur!”

 

“Əslində bu insanlar nifaq salmaqda ustaddılar! Belə təhdidlərdən və milli mənafaeyə zidd hərəkətlərdən əl çəkin. Biz işlərə düzəliş gətirilməsini tələb edirik, bölücü də deyilik. Bölücü o adamdır ki, stadionlarda qövmlərin təhqir olunmasına şərait yaradır, qövmləri bir-biri ilə üz-üzə qoyur və bu şəkildə İran qövmləri arasındakı birlik və qardaşlığı qövmlər arasında nifağa çevirir.”- deyə millət vəkili vurğulayıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar