SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Mustafa Əvəzpur azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Mustafa Əvəzpur azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəal, “Arman” öyrənci icmasının keçmiş üyəsi cənab Mustafa Əvəzpur şərti olaraq Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 

Cənab Əvəzpur 2010-cu il oktyabr ayının 6-da ( Mehrin 14-ü) tutuqlanıb və o gündən bəri Təbriz zindanında həbs edilmişdi. Azərbaycanın milli hüquqları zəminində fəaliyyət göstərən fəal ilk olaraq İnqilab Məhkəməsində 1 il həbs cəzasına məhkum edilib, sonra Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) hökmü 6 ay müddətinə  düşürüb.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal Təbriz Azad Univesitetinin “Arman” öyrənci icmasında üzvlük, Azərbaycan türkcəsində yazıb-oxumaq yetənəyi (istedad), Babək Qalası mərasimində iştirak və Təbriz xəlifəgərisinin qarşısındakı yığıncağa qatılmaqla sistemin əleyhinə təbliğ və pantürkizm qrupuna üz olmaqda günahlandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar