SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Rəhman Qasimi saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Rəhman Qasimi saxlanılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Rəhman Qasimi Təbriz şəhərində saxlanılıb.

 

Fəal təhlükəsizlik qüvvələri tərəfindən yaxalandıqdan sonra naməlum istiqamətə aparılıb, onun hansı səbəbdən yaxalandığı və ittihamları ilə bağlı heç bir məlumat yoxdur.

 

Rəhman Qasimi urmiyəli fəal xanım Ulduz Qasiminin qardaşıdır. Bu bacı-qardaşlar mədəni fəaliyyətlərinə görə dəfələrlə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Rəhman Qasimi son dəfə 2018-ci il iyunun 7-də Babək qalası mərasimi keçirildikdən sonra Urmiyədə saxlanılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar