SON XƏBƏRLƏR

Azərbaycanlı jurnalist həbs olunub

2021.10.20, 07:36
Azərbaycanlı jurnalist həbs olunub

Gunaz.tv

GünAzTv: 2010-cu il İyun ayının 14-də (xordadın 24-ü) yoxa çıxan Azərbaycanlı jurnalist və bloqçu cənab İbrahim Rəşidinin (Savalan) həbs olunduğu məlum olub.

 

Cənab Rəşidi dünən iyun ayının 17-də (xordadın 27-i) öz ailəsi ilə qisa telefon əlaqəsi saxlayaraq, Ərdəbil ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsi əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

 

O saxladığı telefon əlaqəsində bildirib ki, Ərdəbil ETTELAAT şöbəsinin əməkdaşları onu bacısının evinə qayıdarkən, Ərdəbilin Səreyn yoxlama məntəqəsində tutub və ETTELAAT təcridxanasına aparıblar.

 

Qeyd edək ki, Güney Azərbaycan milli hərəkatının fəal üzvlərindən olan İbrahim Rəşidi milli zəmindəki fəaliyyətlərinə görə il yarım əvvəl tutulub 5 ay həbsdə saxlandıqdan sonra 50 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

 

Adını çəkdiyimiz milli-mədəni fəal “Azərtopraq” adlı qeyri-hökumət təşkilatının qurucusu, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, “Bulud”, “Oyanış”, “Ulduz” və “Baxış” tələbə qəzet və jurnallarının əməkdaşı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar