SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan xəstəxanaya yerləşdirilib

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan xəstəxanaya yerləşdirilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı  Həbib Sasaniyanın səhhətində problemlər yarandığı bildirilir.

 

Məlumata görə, fəal Təbrizin Mərkəzi Zindanında saxlandığı zaman uzunmüddətli aclıq aksiyası keçirdiyi üçün həzm sistemi xəstəliklərindən əziyyət çəkir, o səhhəti ağırlaşdığından aprelin 16-da “Ərdəbil Fatemi Xəstəxanası”na yerləşdirilib.

 

H.Sasaniyanın ailəsi və onu müalicə edən mütəxəssis həkim fəalın xəstələnməsinin səbəbini onun aclıq aksiyası zamanı uzun müddət ac qalması ilə əlaqələndirib. O hazırda ürəkbulanma və qusma, baş gicəllənmə və mədə yanması kimi xəstəliklərindən əziyyət çəkir.

 

Azərbaycanlı fəal 2017-ci il yay aylarında zindanda qanunsuz və qeyri-müəyyən vəziyyətdə uzun müddət saxlanılması, həmçinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsinə etiraz olaraq 54 günlük aclıq aksiyası keçirib və səhhətində yaranan problemlərlə bağlı həbsxananın poliklinikasına aparılmışdır.

 

H.Sasaniyan 2016-cı il mayın 15-də daha bir neçə fəalla birlikdə Ərdəbildə yaxalanıb. O 15 ay yarım qanunsuz olaraq saxlanıldıqdan sonra 2017-ci il avqustun 28-də 350 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar əsassız etiraflar etmək üçün ağır işgəncəyə məruz qalıblar.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar