SON XƏBƏRLƏR

Azərbaycanlı yatırımçılar Tehrana və Kirmana qaçır – Kəleybərin millət vəkili

2021.10.20, 07:36
Azərbaycanlı yatırımçılar Tehrana və Kirmana qaçır – Kəleybərin millət vəkili

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Kəleybər və Xudafərin şəhərlərinin İran parlamentindəki millət vəkili hökumətin Güney Azərbaycanda apardığı siyasət nəticəsində yerli yatırımçıların Tehran, Simnan və Kirman əyalətlərinə üz tutduqlarını bildirib.

 

Qulollah Quluzadə bu sözləri fevralın 15-də Şərqi Azərbaycan İdari Şurasının keçirdiyi iclasda deyib.

 

“Azərbaycan sənayesi İranın mərkəzi məntəqələrinə intiqal edilib. Artıq yerli yatırımçılar əyaləti tərk edib. Onların bir çoxu Simnana üz tutur. Ümumiyyətlə son illərdə Simnan çoxlu sərmayə cəlb edir. Orada sənaye şəhərciklərinə 100 milyard tüməndən çox sərmayə yatırılıb. Bizim sənaye şəhərciklərimiz isə tətil vəya yarım tətil vəziyyətindədir”- deyə o bildirib.


Q.Quluzadə abadlaşdırma işləri ilə bağlı Şərqi Azərbaycan və Kirman əyalətlərini müqayisə edib. O bildirib ki, “bu həftə Kirmanda 10 min milyard rial dəyərində vəsait aparan projenin açılışı olacaq. Eyni miqdarda vəsait tələb edən daha bir projeninin də təməlqoyma mərasimi keçiriləcək. Lakin bizim əyalətimizdə vəziyyət heç də belə deyil.”

 

Millət vəkili Azərbaycana qarşı tətbiq olunan iqtisadi ayrı-seçkilik siyasətinin səbəbləri haqda heçnə bildirməsə də məlum olan odur ki, Azərbaycan əyalətlərində digər əyalətlərlə müqayisədə yüksək vergi dərəcələri, bölgədə mövcud olan iqtisadi tənəzzül, işsizlik və s. kimi problemlər bazarda ciddi durğunluğa səbəb olub. Buna görə də bu əyalətlərdə fəaliyyət göstərmək iş adamlarına sərf etmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar