SON XƏBƏRLƏR

Azərbaycanlıların “Sepəh” bankına etirazları davam edir, bank boykot olunur...

2021.10.20, 07:36
Azərbaycanlıların “Sepəh” bankına etirazları davam edir, bank boykot olunur...

Gunaz.tv

GünAz TV: İranın “Sepəh” bankı ötən günlərdə yaydığı iqtisadi, mədəni aylıq dərgisinin 185-ci sayında türk millətini aşağıladığına görə azərbaycanlıların kəskin etirazı ilə üzləşib.

 

Dərgidə dərc olunan  “Çillə gecəsində manat” adlı bir tarixi dastanda türklər  “nadan”, “biliksiz dələduz və təkəbbürlü” insanlar kimi təqdim olunub.

 

Bankın bu hərəkətinə cavab olaraq azəbaycanlılar “Sepəh-Bankına-Yox” kampaniyası başladıb. Kompaniyaya qoşulan soydaşlarımızın sıraları sürətlə genişlənir. Artıq bəzi tanınmış azərbaycanlı aktyorlar, o cümlədən Məhəmməd Əlizadənin banka qarşı boykot kampaniyasına qoşulduğu bildirilir.

 

Bankın bir çox azərbaycanlı müştərisi isə ölkə üzrə fəaliyyət göstərən filiallardan pullarını götürür və bank hesablarını bağlayırlar.

 

 

İranın mətbuata nəzarət qanununun 23-cü maddəsinə əsasən hər hansı nəşriyyə İranda yaşayan millətləri təhqir edərsə onun lisenziyası ləğv edilməli, nəşriyyə məsulları 1 aydan 6 ayadək həbs olunub və cərimə ödəməlidir. Bu qanunun sözügedən dərgi haqda keçərli olub vəya olmayacağı yaxın günlərdə məlum olacaq.

 

Bu günə qədər “Sepəh” bankının məsulları yol verdikləri irqçi hərəkətə görə üzr istəməyiblər.

 

Bu barədə daha çox məlumat əldə etmək üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Azərbaycanlılar İranın “Sepəh” bankını boykot etdi

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar