SON XƏBƏRLƏR

Barak Obama Moskvada

2021.10.20, 07:36
Barak Obama Moskvada

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Barak Obamanın Moskvaya rəsmi səfəri başladı ABŞ prezidentini xanımı, 11 və 7 yaşlı qızları müşayiət edir ABŞ prezidenti Barak Obama bu gün Moskvaya gəlib. Vesti-nin məlumatına görə, ABŞ prezidentini xanımı, 11 və 7 yaşlı qızları müşayiət edir. Məlumata görə, Obama hava limanından birbaşa Kremlə yollanıb. Burada o, naməlum əsgərin qəbrinə çələng qoyacaq, sonra isə Rusiya prezidenti Dmitri Medvedev ilə danışıqlara başlayacaq. Əvvəlcə kiçik tərkibdə yalnız xarici siyasət üzrə köməkçilərin və xarici işlər nazirlərinin iştirakı ilə kiçiktərkibli, sonra isə hər iki ölkədən nümayəndələrin iştirakı ilə geniştərkibli danışıqlar keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar