Siyasi məhbus Abbas Lisani Ədliyyə Tibb Mərkəzinə göndərilib

25.01.2022, 10:55

yanvarın 24-də Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Abbas Lisani müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün şəhər Ədliyyə Tibb Mərkəzinə göndərillib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə o, ailəsi ilə telefon əlaqəsi zamanı məlumat verib.

Bu, siyasi məhbusun ikinci dəfə olunduğu MRT müayinəsinin nəticələrinin və təcili bel diski əməliyyatına ehtiyacı olması barədə tibbi sübutların zindana göndərilməsindən sonra baş tutub.

Bundan öncə Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Bir müddət əvvəl şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçün silahlı məmurların müşayiəti ilə Ərdəbilin "Fatimi" xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.    

Oktyabrın 21-də Abbas bəy təhlükəsizlik və polis məmurlarından ibarət üç avtomobilin müşayiəti ilə MRİ testləri üçün klinik terapiya mərkəzlərindən birinə aparılıb və orada siyasi məhbusdan analizlər götürülüb.

Siyasi məhbus uzun müddətdir ki, müxtəlif xəstəliklərdən, o cümlədən onurğa bel disk yırtığı xəstəliyindən əziyyət çəkir və təhlükəsizlik orqanlarının onun işinə müdaxiləsi nəticəsində düzgün müalicəsi üçün şərait yaradılmır, tibbi məzuniyyətə buraxılmır.

Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Bütün vətəndaşlar fars dilinin qeyrətini çəkməlidir"-Fars Dili Akademiyasının başçısı

2022-05-25

gun az article

Amerika SEPAH polkovnikinin öldürülməsi ilə bağlı iddiaları təkzib edib

2022-05-25

gun az article

Amerikada yaşayan iranlılardan Baydenə çağırış: "İran xalqının internətə çıxışına yardım edin"

2022-05-25

gun az article

Azərbaycanda müdafiə xərcləri 20 faizdən çox artırılıb

2022-05-25

gun az article

Öyrəncilər siyasi məhbusa dəstək aksiyası keçirib

2022-05-25

gun az article

Amerika İranın qaçaq neftini daşıyan gəmini saxlayıb

2022-05-25

gun az article

Məhəmmədbaqir Qalibaf yenidən İran parlamentinin başçısı seçilib

2022-05-25

gun az article

SEPAH komandirindən məsullara ittiham: "Övladları Amerika və Kanadaya sığınıb"

2022-05-25

gun az article

Amerika SEPAH-ı terror təşkilatları siyahısında saxlayacaq

2022-05-25

gun az article

Britaniya kəşfiyyatı: "Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir"

2022-05-25

gun az article

Azərbaycan regionun lider ölkəsidir - Bağdad Amreyev

2022-05-25

gun az article

“İstənilən sazişi dəstəkləyirik” - Avropa İttifaqı rəsmisi

2022-05-25

gun az article

Bakıda küçəyə Xarıbülbül adı veriləcək

2022-05-25

gun az article

Kuleba və Blinken arasında telefon danışığı olub

2022-05-24

gun az article

Ukrayna MN-in kəşfiyyat rəisi: “İlin sonunadək Krıma girməliyik”

2022-05-24

gun az article

"SEPAH-da məndən məcburi etiraf aldılar"- İngiltərə vətəndaşı

2022-05-24

gun az article

"Bu il də çətinliklərimiz çox olacaq"- İran prezidentinin müavini

2022-05-24

gun az article

İranda qırıcı təyyarə qəzaya uğradı- Ölənlər var

2022-05-24

gun az article

2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edilib

2022-05-24

gun az article

Abadanda yaşayış binasının çökməsi ilə bağlı çox sayda məmur həbs edilib

2022-05-24