SON XƏBƏRLƏR

Bəhram Qasimi keçmiş Amerika hərbçisinin Məşhəddə həbs olunması ilə bağlı yayılan xəbərləri təsdiq edib

2021.10.20, 07:36
Bəhram Qasimi keçmiş Amerika hərbçisinin Məşhəddə həbs olunması ilə bağlı yayılan xəbərləri təsdiq edib

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi yanvarın 9-da jurnalistlərə açıqlamasında keçmiş Amerika hərbçisi Maykl Vaytın (Michael R. White) Məşhəd şəhərində həbs olunması ilə bağlı yayılan xəbərləri təsdiq edib.

 

Qasimi öz açıqlamasında Amerika vətəndaşına zorakılıq tətbiq edildiyini və onun həbsxanada ağır şəraitdə saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edərək yalan adlandırıb: “Maykl Vayt adlı bir Amerika vətəndaşı bir neçə vaxt əvvəl Məşhəddə həbs edilib və bu barədə Amerikanın İranda mənafeyini təmsil edən İsveçrə səfirliyinə məlumat verilib”.

 

Rəsmi Tehranın sözçüsü həbs edilən Amerika vətəndaşının həbs olunmasının səbəblərini açıqlamasa da, İranın hökumət saytları həmin şəxsin casusluqda günahlandırılaraq həbs edildiyi barədə yazılar dərc ediblər.

 

Qeyd edək ki, Maykl Vayt 2018-ci ilin iyul ayında qız dostunu görmək üçün İranın Məşhəd şəhərinə səfər edib. O, az sonra o Məşhəddə yoxa çıxsa da, sonradan onun casusluqda günahlandırılaraq həbs edilməsi barədə ziddiyyətli məlumatlar yayılıb.

 

Maykl Vayt

 

Maykl Vaytın hazırda Məşhədin Vəkilabad zindanında saxlanıldığı təxmin edilir.

 

Maykl Vayt iranlı qız dostu ilə birlikdə

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar