SON XƏBƏRLƏR

Behşəhrin “elmiyyə hövzəsi”nin başçısı axund Məhəmməd İsmayıl Kuhestani koronavirusdan ölüb

2021.10.20, 07:36
Behşəhrin “elmiyyə hövzəsi”nin başçısı axund Məhəmməd İsmayıl Kuhestani koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranın Behşəhr şəhərinin Kuhestan məntəqəsinin “elmiyyə hövzəsi”nin başçısı axund Məhəmməd İsmayıl Kuhestani koronavirusdan ölüb.

 

Yayılan məlumata əsasən, “Covid-19” infeksiyasına yoluxduğu üçün həkimlərin ciddi nəzarəti altında müalicə alan axund Məhəmməd İsmayıl Kuhestani, aprelin 4-də Mazandaran əyalətinin Sari şəhərinin “Nime-yi-Şaban” xəstəxanasında keçinib.

 

Axundun koronavirusa konkret nə vaxt və necə yoluxması haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İranın Mazandaran və Gilan əyalətləri koronavirusun ən geniş yayıldığı bölgələrdən biri sayılır.

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 7-də mediaya açıqlamasında son bir sutka ərzində ölkədə daha 133 nəfərin koronavirusdan öldüyünü bildirərək, infeksiyadan ölənlərin ümumi sayının 3872  nəfərə, yoluxanların sayının isə 62589 nəfərə yüksəldiyini bildirib.

 

 

İranın tibb mərkəzlərindəki mənbələr isə “Covid-19” infeksiyasından ölənlərin və virusa yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar