SON XƏBƏRLƏR

Beynəlxalq təşkilatlar Azərbaycanın inkişafına paxıllıq edir

2021.10.20, 07:36
Beynəlxalq təşkilatlar Azərbaycanın inkişafına paxıllıq edir

Gunaz.tv
Beynəlxalq təşkilatlar Azərbaycanın inkişafına paxıllıq edir Həmin təşkilatlar qərəzli hesabatlar dərc edir Bəzi beynəlxalq təşkilatlar iqtisadi inkişaf tempinə görə Azərbaycanın lider ölkəyə çevrilməsinə paxıllıq edir. İqtisadi inkişaf naziri Heydər Babayevin jurnalistlərə verdiyi açıqlamaya görə, həmin təşkilatlar Azərbaycanın bu uğuruna mane olmağa çalışır:" Həmin təşkilatlar bilərəkdən qərəzli hesabatlar hazırlayaraq Azərbaycanın adını həmin siyahıda sonuncu yerlərdə göstərməyə cəhd edir. Bu cür təşkilatlar çoxdur. Onların bu hesabatlarının qərəzli olması bizə məlumdur. Ona görə də buna məhəl qoymuruq". ("OLAYLAR"İA) ------------------------------------------------------------------ Dağlıq Qarabağ problemi sülh yolu ilə həll kdilməlidir Karl Şvartsenberq: "Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır" Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bunu jurnalistlərə açıqlamasında Çexiyanın xarici işlər naziri Karl Şvartsenberq deyib. Onun sözlərinə görə, bu proses həm Azərbaycan, həm də Ermənistan üçün sərfəlidir: "Dağlıq Qarabağ problemi bölgədə gərginlik yaradır. Bu problem sülh yolu ilə tezliklə həll olunmalıdır. Bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ümid edirik ki, bu problem tezliklə həllini tapacaq və Azərbaycanın torpaqları azad olunacaq". ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar