SON XƏBƏRLƏR

Böyük Britaniyanın “Quercus” şirkəti İranda günəş elektrik stansiyasının tikintisini dayandırıb

2021.10.20, 07:36
Böyük Britaniyanın “Quercus” şirkəti İranda günəş elektrik stansiyasının tikintisini dayandırıb

Gunaz.tv

GünAzTV: Böyük Britaniyanın “Quercus” şirkəti İranda 600 meqavatlıq nəhəng günəş elektrik stansiyasının tikintisini dayandırıb. Bu barədə şirkətin icraçı direktoru Diego Biasi avqustun 14-də “Röyters” agentliyinə açıqlamasında məlumat verib.

 

O bildirib ki, “Quercus” şirkəti Amerikanın sanksiyalarından ehtiyatlanaraq İranla əməkdaşlığına son qoymaq qərarına gəlib: “Amerikanın İrana qarşı sanksiyaların tətbiqinə başlamasından sonra biz İrandakı bütün fəaliyyətlərimizi dayandırmaq qərarına gəldik. Biz hazırda vəziyyəti tam diqqətdə saxlayırıq”.

 

Rəhbərlik etdiyi şirkətin İranda fəaliyyətini dayandırması qərarının detallarını açıqlamayan Diego Biasi, həm də Fransa agentliyinə açıqlamasında “Quercus”un İranda fəaliyyətini dayandırdığını təsdiqləyib.

 

Bildirilir ki, nəhəng günəş elektrik stansiyasının tikilməsi ilə bağlı 2017-ci ilin sentyabr ayında Londonda imzalanmış müqavilənin ümumi dəyəri 570 milyon dollardır. Tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən stansiyanın 3 il müddətində inşa edilməsi planlaşdırılıbmış.  

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar