SON XƏBƏRLƏR

Təbrizdə bələdiyyə məmurları ilə satıcılar arasında toqquşma olub

2022.01.04, 11:37
Təbrizdə bələdiyyə məmurları ilə satıcılar arasında toqquşma olub

Gunaz.tv

Hadisə Təbrizin “Yedədükan” məhəlləsində yaşanıb. Özünü səyyar satıcının maşınının qarşısına atan bələdiyyə məmuru ciddi bədən xəsarətləri alıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumatda qeyd olunur ki, səyyar satıcı hadisə yerindən uzaqlaşıb. Onun kimliyinin dəqiqləşdirildiyi və saxlanılması üçün tədbirlərin görüldüyü bildirilir.

Qeyd edək ki, oxşar hadisə bundan öncə dekabrın 28-i axşam saatlarında baş verib və satıcılarla bələdiyyə və polis məmurları arasında şiddətli toqquşma olub.

Səyyar ticarətlə ailələrini dolandıran satıcılar bələdiyyə məmurlarının kobud və zorakı davranışlarına etiraz edib və müqavimət göstəriblər.

Bundan sonra bölgəyə polis qüvvələri cəlb olunub və səyyar satıcılara qarşı zor tətbiq olunub, onlardan bir neçəsi saxlanılıb və malları müsadirə olunub.

Son həftələr Təbrizin bir neçə bölgəsində oxşar hadisələr baş verib və bununla bağlı səyyar satıcılar Təbriz bələdiyyəsinin mühafizə bölməsinin qarşısına toplaçaraq etiraz aksiyası keçiriblər.

Bələdiyyənin mühafizə bölməsinin qarşısına toplaşan etirazçılar “Səyyar satıcılıq cinayət deyil” kimi şüarlar səsləndirib, plakatlar açıblar.

Bələdiyyə səyyar satıcılara fəaliyyət üçün xüsusi yerlər ayırmaq barədə tədbirlər görmək planının olduğunu desədə, bu günə kimi bu gerçəkləşməyib.

Xüsusilə bir neçə ildir ki, belə halların baş verməsi adi hal alıb.
Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar