Təbrizdə türkcə çəkilmiş "Atabay" filmi təqdim olunacaq

23.11.2021, 14:35

Noyabrın 24-də Təbrizdə güneyli rejissor Niki Kərimi və türk aktyorların iştirakı ilə türkcə çəkilən “Atabay” filmi təqdimat mərasimi keçiriləcək.

Gunaz.tv Quote | Gunaz article

Eyni gündə film Təbrizin “Setarebaran”, “Qüds” və “Laləpark” kinoteatrları iıə yanaşı İranın bir sıra şəhərlərində də ekrana çıxarılacaq.

Film ekran əsərinin ssenari müəllifi olan Hadi Hicazifərin doğulduğu Xoy şəhərinin yaxınlığında çəkilib.

Əsas süjet xətti romantik münasibətlər haqqında olan filmdə H.Hicazifər eyni zamanda baş rolda çəkilib.

Uğursuz sevgi hekayəsi və ailə daxili mənfi hadisələr nəticəsində tək qalan Kazım yeni bir sevgi hekayəsinə qədəm qoyur.

موافقت با صدور پروانه نمایش دو فیلم/ «آتابای» نیکی کریمی آماده اکران شد |  خبرگزاری ایلنا

"Atabay" filmi ilk dəfə 38-ci Fəcr Beynəlxalq Kinofestivalında ekranlara çıxıb və 5 müxtəlif nominasiyaya təqdim edilib. Film güneyli rejissor Niki Kəriminin ən yaxşı əsəri kimi tanınır.

"Atabay" filmi İranın ilk kino jurnalı olan və kino tənqidçilərinin jurnalı kimi tanınan aylıq “Film” jurnalı tərəfindən 38-ci Fəcr Kinofestivalının ən yaxşı əsəri kimi seçilib.

Türk dilinin filmdə xüsusi yer alması bundan öncə mətubat konfransında gərgin anlara səbəb olub. Bir jurnalist ölkənin rəsmi dilinin farsca olduğu halda farsca altyazı ilə nümayiş edilən əsərlər nəyə lazımdır deyərək, əsərin türkcə çəkilişinə etiraz edib. 

“Kim deyib ki biz bütün filmləri yalnız farsca çəkməliyik? Onsuz da ölkədə filmlərin 90 faizi farsca çəkilir”-deyə, filmin rejissoru Niki Kərimi cavab verib.

Jurnalistə ən kəskin cavabı isə özü də türk olan ssenari müəllifi Hadi Hicazifər verib.

“Mən sizə ssenari müəllifi və bir türk kimi cavab verirəm. Sizin düşüncələriniz faşist düşüncəsidir. Buna təəssüf edirəm”-deyən, ssenari yazarı jurnalisti susdurub.

Kino tənqidçilərinin diqqətini cəlb edən Atabəy filmi mətbuat konfransında baş verən mübahisə ilə də gündəmə gəlib.

Filmdə Azərbaycan türkcəsinin yer alması Güney azərbaycanlılar tərəfindən müsbət qarşılanaraq dəstəklənib.

C.E

هادی حجازی فر راوی شب پنجم «علمدار» شد

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rusiya Odessaya raket zərbəsi endirib, 17 nəfər ölüb, onlarla yaralanan var

2022-07-01

gun az article

Amerika nümayəndəsi: İranın raket proqramı bölgə üçün təhdiddir

2022-07-01

gun az article

Amerika İranla əməkdaşlığa görə 12 Çin şirkətini ixrac məhdudiyyətləri siyahısına daxil edib

2022-07-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2022-07-01

gun az article

Ramil Usubov təhlükəsizlik şuraları katiblərinin Ankara toplantısında

2022-06-30

gun az article

Bayden: “İnanıram ki, Türkiyəyə F-16-ların satışı üçün Konqresdən razılıq ala biləcəyik”

2022-06-30

gun az article

ABŞ Ukraynaya əlavə 800 milyon dollar yardım ayıracaq

2022-06-30

gun az article

Ukrayna səfiri: "Rusiyalılar geri çəkildi, çünki "Bayraktar"lar onları rahat buraxmadı"

2022-06-30

gun az article

Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”

2022-06-30

gun az article

BMT və Avropa Birliyi internetə məhdudiyyətlə bağlı xəbərdarlıq edib

2022-06-30

gun az article

İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransına qatılıb

2022-06-30

gun az article

İranda koronavirusa yoluxma yenidən artdı

2022-06-30

gun az article

Amerika İrana yeni sanksiyalar tətbiq edə bilər

2022-06-30

gun az article

İranın neft emalı zavoduna kiber-hücum olub

2022-06-30

gun az article

Əfqanıstan sərhədində gərginlik- Taliban 2 İran sərhədçisini girov götürüb

2022-06-30

gun az article

Misirdən İrana sərt xəbərdarlıq: "Bu, münasibətlərə xələl gətirəcək"

2022-06-30

gun az article

Bayden Ərdoğanı təriflədi: “Əla iş görürsən”

2022-06-30

gun az article

Avropa İttifaqına sədrlik Çexiyaya keçdi

2022-06-30

gun az article

SEPAH məmurları iki etnik bəluçu güllələyərək öldürüb

2022-06-30

gun az article

Kərəc zindanında 10 məhkum edam edilib

2022-06-30