SON XƏBƏRLƏR

Təbrizdə tarixi abidə baxımsız qalıb-VİDEO

2022.04.02, 12:30
Təbrizdə tarixi abidə baxımsız qalıb-VİDEO

Gunaz.tv

Onlar abidənin acınacaqlı durumu ilə bağlı ilgili qurumların laqeydliyini qınayıblar.

Fəalardan biri abidənin baxımsız qalması ilə yanaşı, yaz bayramı tətilləri zamanı şəhərə qıraqdan qonaqların gəlməsinə baxmayaraq heç bir bələdçinin olmadığını, bələdçi broşurlarının istifadəsiz köşkün qarşısına atıldığını deyib.

“Sankı bura bir xarabalıqdır, kimsə yoxdur və bələdçi kitabçalarını daş altına qoyub gediblər. Zəngin tarixi keçmişə malik olmağımıza baxmayaraq bu bizim qonaqları qarşılama, abidələrə yanaşma tərzimizdir. Bu formada turistləri qarşılayırlar”-deyə, sosial media fəallaı məsulları tənqid edir.

Qeyd edək ki, son iki həftə ərzində yaz bayramı tətili zamanı İsfahan, Fars, Yəz, Kaşan və Mazəndəran əyalətləri ən çox turist qəbul edən əyalətlər sırasında birinci yerləri bölüşüblər. 

Rəsmi statistikalara görə, Mazəndəran əyaləti son 14 gün ərzində 12 milyon 370 min nəfər qonaq qəbul etdiyi halda, Güney Azərbaycan əyalətlərinin hamısının bir yerdə qəbul etdiyi qonaq  toplam iki milyondan artıq olmayıb.

Xatırladaq ki, adı çəkilən tarixi abidə 14-cü yüzillikdə dövrün ən böyük Azərbaycan alimlərindən biri olan Fəzlüllah Rəşidəddin tərəfindən yaradılıb və vaxtında müxtəlif elm sahələrində dünyanın müxtəlif ölkələrindən 20 min öyrənciyə təhsil verib.

Tarixi Universitetin qalıqları qorunmadığı və bərpasına büdcə ayrılmadığı ucbatından yox olmaqdadır. 

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar