SON XƏBƏRLƏR

Təbrizdə Aylar Həqqinin dəfn mərasimində qarşıdurma olub-VİDEO

2022.11.18, 12:25
Təbrizdə Aylar Həqqinin dəfn mərasimində qarşıdurma olub-VİDEO

Gunaz.tv

Polis və mülki geyimli təhlükəsizlik qüvvələri iştirakçılarının sayının artmasının qarşısını almaq üçün məhdediyyətlər tətbiq etməyə çalışıb.

Bundan hiddətlənən vətəndaşlar hökumət əleyhinə şüarlar səsləndirdikləri üçün məmurların hücumuna məruz qalıblar.

Dəfn mərasimində iştirk edənlər Azərbaycan dilində "Azərbaycan milləti, çəkənməz bu zilləti", "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq" şüarları səsləndiriblər.

Bir neçə nəfərin saxlanıldığı və yaralandığı bildirilir. Hələlik həbs edilənlərin kimliyinin dəqiqləşdirilməsi mümkün olmayıb.

Qeyd edək ki, oyabrın 16-ı axşam saatlarında Təbrizdə baş tutan etiraz aksiyası zamanı Tibb Elmləri Universitetinin öyrəncisi, tələbə hərəkatı fəalı Aylar Həqqi öldürülüb.

Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarına kimi İranda etiraz aksiyaları başlayandan bəri öldürülənlərin sayı 362 nəfərə çatıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar