Təbrizin avtobus parkı köhnəlib: "Nəqliyyat vasitələrinin çoxu istifadəyə yararsızdır"

23.11.2021, 13:52

Təbrizdə avtobus parkı köhnəlib və avtobusların çoxu istifadəyə yararsızdır. Bu barədə danışan Şərqi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini Cavad Rəhməti açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Cavad Rəhməti deyib ki, köhnə və sıradan çıxmış ictimai nəqliyyat vasitələrinin şəhərin havasının çirklənməsində böyük rolu var.

“Hal-hazırda Təbrizdə 600 yararsız avtobus fəaliyyət göstərir. Şəhərin ictimai nəqliyyat parkını qeyd olunan saydan ən azı üç dəfə artırmaq lazımdır.

Bu avtobuslar istilik elektrik stansiyası iıə yanaşı hava çirkliliyində əhəmiyyətli dərəcədə rol oynayır”-deyə, vali müavini Cavad Rəhməti bildirib. 

O, son 8 ildə Şərqi Azərbaycanın avtobus parkının yenilənmədiyini və yeni avtobusların verilmədiyini deyib, daxili istehsalatın cavabdeh olmadığını, xaricdən avtobus idxalına isə icazə verilmədiyini qeyd edib.

Təbriz Şəhər Şurasının sözçüsü Yasin Becani isə məsələ ilə bağlı verdiyi açıqlamada şəhərin ictimai nəqliyyatının biabırıçı gündə olduğunu söyləyib.

Şəhər Şurasının üzvü Əlirza Nəvayi Bağban isə son bir neçə ildə Təbrizin avtobus parkında 400 ictimai nəqliyyat vasitəsinin sıradan çıxdığı halda bu müddət ərzində yalnız 12 yeni avtobusun xəttə buraxıldığını bildirib.

O, xüsusilə son 4 ildə Təbrizə investisiya qoyulmadığını, illik 200 avtobusun Təbrizin ictimai nəqliyyatına əlavə etmək planlarının dövlət tərəfindən vəsait ayrılmadığı üçün baş tutmadığını bildirib.

C.E

آمار تصادفات قابل تأمل است/ لزوم پیشگیری از سوانح جاده‌ای در ایام نوروز -  کاف نیوز

Cavad Rəhməti
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Kiber məkana nəzarətin əleyhinəyəm”- Urmulu millət vəkili

2021-11-27

gun az article

Qərbi Azərbaycan sərhədində silah-sursat aşkar edilib

2021-11-27

gun az article

Təbrizdə meyvə-tərəvəz satıcıları aksiya keçirib-VİDEO

2021-11-27

gun az article

Təbrizdə aksiya: İşçilər etiraza başladı

2021-11-27

gun az article

Qərbi Azərbaycanda on minlərlə hektar əkin sahəsi məhv olmaq üzrədir

2021-11-27

gun az article

Həmədanda narazılıq: Xalçaçılar sığorta xidmətindən yararlana bilmir

2021-11-27

gun az article

Tufarqanın sənaye şəhərciyində güclü yanğın baş verib

2021-11-27

gun az article

Həmədanda İran hərbçisi öldürülüb

2021-11-27

gun az article

Zənganda quraqlıq davam edir- Bəndlərdə suyun həcmi kəskin azalıb

2021-11-27

gun az article

"Türkdilli mediaya və türk dilində yazılan əsərlərə dəstək verin"-Güneyli deputat nazirliyə çağırış etdi

2021-11-27

gun az article

Təbrizli fəalı döyən kəşfiyyatçılara qarşı həbs qətimkan tədbiri ləğv edilib-Ruzbeh Piri etiraz məktubu yazdı

2021-11-27

gun az article

Qoşaçayda məktəb çatışmazlığı yaşanır

2021-11-26

gun az article

Ərdəbilli uşaqların əsərləri Yaponiyanın beynəlxalq rəsm müsabiqəsində nümayiş olunacaq

2021-11-26

gun az article

Qərbi Azərbaycanda toyuq əti qıtlığı yaşanır

2021-11-26

gun az article

Horandda qanunsuz tarixi əşya qaçaqmalçıları həbs edilib

2021-11-26

gun az article

Həmədanda Səlcuqlu və Elxanlılar dövrünə aid qiymətli tarixi əşyalar tapıldı

2021-11-26

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib -Divarlara şüarlar yazılıb-FOTOLAR

2021-11-26

gun az article

Həmədanda çörəyin qiyməti kəskin bahalaşdı

2021-11-26

gun az article

Hökumətin laqeydliyi üzündən Təbrizdə tarixi “Bağırxanın evi" yox olmaq üzrədir

2021-11-26

gun az article

Güneyli aktyordan azərbaycanlılara müraciət: "Türkçə çəkilmiş filmlərə dəstək olun"

2021-11-26