Ailəsi bildirib ki, 400 milyon tümən girov qoymalarına baxmayaraq, məhkəmə rəsmilərindən Atillanın işinin ağır olduğu və onun girov qarşılığında azadlığa buraxılmayacağı cavabını alıblar.
"Atilla Ərfəinin cinayət işi ağırdır. SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsi məsələ ilə məşğul olur və biz onların göstərişlərinə tabeyik",- deyə, məhkəmə nümayəndələri gənc fəalın ailəsinə bildiriblər.
Atilla Ərfəi ilə eyni kamerada saxlanılan və yenicə azadlığa buraxılan gənclərdən biri Atillanın işgəncə edildiyini, burun və üz almacıq sümüyünün sındırıldığını deyib.
Onun dediyinə görə, 16 yaşlı yeniyetmə "etiraz aksiyalarında təşkilatçılıq etmək"də ittiham olunur.
Atilla Ərfəinin keçmiş kamera yoldaşı müstəntiqlərin onun göndərdiyi mesajlarda "qatı türk sözlərindən istifadə" etməsi kimi anlamsız iddialar irəli sürdüyünü və yeniyetmənin pantürkizmdə günahlandırıldığını deyib.
Timur