Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

16.05.2022, 11:57

Dünya səviyyəli təbrizli idmançı Səccad Pirayqırçəmən Braziliya Deaflimpiya yarışlarında disk atmaq üzrə qızıl medal qazanaraq dünya birincisi olub.

Gunaz.tv Quote | Gunaz article

Mayın 12-də disk atmada 54.82 santimetrlə yeni rekorda imza atan azərbaycanlı idmançı bununla Asiya və dünya üzrə 8-ci medalını qazanıb.

Qeyd edək ki, dünya səviyyəli idmançı, yüngül atletika üzrə yeddiqat dünya və Asiya çempionu Səccad Pirayqırçəmən ötən ilin oktyabrında  mətbuata müsahibəsində on ildir işsiz olduğunu və bu müddətdə məsul şəxslərin onu iş vədləri ilə aldatdığını demişdi.

Təbriz şəhərinin Sarı zəmi məhəlləsində ata evində yaşayan, 28 yaşlı eşitmə əngəlli Pirayqırçəmən hazırda səyyar siqaret satıcılığı ilə məşğuldur.

O, iki ay əvvəl eşitmə əngəlli atletlər arasında Polşada keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb.

“10 ildir iş vədi ilə məni süründürürlər. Bələdiyyə idarəsinə dəfələrlə yazdığım məktublar nəticəsiz qalıb. Nə ev, nə maşın, nə də başqa bir umacağım yoxdur. Sadəcə işlə təmin olunmaq istəyirəm. Eşitmə əngəlli atamdan məşqlər üçün pul almaqdan utanıram”, - deyə o qeyd edib.  

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda kitabxana çatışmazlığı: Problem xeyriyyəçilərin hesabına həll edilir

2022-07-06

gun az article

Şərqi Azərbaycanda yüzlərlə kənd boşalıb

2022-07-06

gun az article

"Urmu gölünə qoyulan sərmayə fars dilinin inkişafına xərclənməlidir"- Qulaməli Həddad Adil

2022-07-06

gun az article

"İnternetə qadağa mənfi nəticələr doğuracaq"-Millət vəkili

2022-07-06

gun az article

Süngün mis mədənində narazı işçilər həbs edilib-VİDEO

2022-07-06

gun az article

"Urmu gölü can verir"-Urmuda divarlara milli şüarlar yazıldı

2022-07-06

gun az article

Vərziğanda qarşıdurma: Evi uçurulan kənd sakinləri etiraza qalxdı

2022-07-06

gun az article

Urmu gölü ilə bağlı növbəti aksiya:Şəhərdə vərəqələr yayıldı

2022-07-06

gun az article

“Parlaq gələcək”də müzakirə: “Urmu gölü mənabeyimizin talanması” və “Urmu gölü” -VİDEO

2022-07-05

gun az article

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

2022-07-05

gun az article

Qərbi Azərbaycan adambaşına düşən idman sahəsinə görə sonuncu yerdədir

2022-07-05

gun az article

Ərdəbildə yüzlərlə kəndə içməli su qıtlığı yaranıb

2022-07-05

gun az article

Zənganda etiraz aksiyası keçirilib

2022-07-05

gun az article

"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

2022-07-05

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxma halları artıb

2022-07-04

gun az article

Horandda tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022-07-04

gun az article

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022-07-04

gun az article

Mərənddə ağır yol qəzası baş verib

2022-07-04

gun az article

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022-07-04

gun az article

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022-07-04