SON XƏBƏRLƏR

Bu gün Rusiya və Azərbaycan prezidentləri görüşəcək

2021.10.20, 07:36
Bu gün Rusiya və Azərbaycan prezidentləri görüşəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün (noyabrıb 24) Noyabrın 24-də Rusiyanın Ulyanovsk şəhərində Rusiya prezidenti Dmitri Medvedyevlə Azərbaycan prezidenti İlham Əliyevin görüşəcək. Görüşdə əsasən enerji sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin müzakirə ediləcəyi bildirilir. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən Rusiya Azərbaycanın təbii qazının çox hissəsini satın almaq istəyir. Səfər çərçivəsində İlham Əliyev Heydər Əliyevin adının verildiyi meydanın açılışında da iştirak edəcək. Qeyd edək ki, Kremldəki mənbənin səfər ərəfəsində verdiyi məlumata görə, İlham Əliyev və Dmitri Medvedevin növbəti görüşü Rusiya və Azərbaycan arasında zəngin siyasi dialoqun davamı olacaq. Ulyanovsk görüşündə prezidentlərin beynəlxalq və regional aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Onlar arasında Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik missiyasını yerinə yetirdiyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar