SON XƏBƏRLƏR

Çin və Amerika rüsumların qarşılıqlı ləğvinə hazırlaşır- Ticarət nazirindən açıqlama

2021.10.20, 07:36
Çin və Amerika rüsumların qarşılıqlı ləğvinə hazırlaşır- Ticarət nazirindən açıqlama

Gunaz.tv

GünAz TV: Çin və Amerika Birləşmiş Ştatları bir-birinə qarşı daha əvvəllər tətbiq etdikləri rüsumların qarşılıqlı ləğvi istiqamətində çalışmalar aparır.

 

Bu barədə Çinin ticarət nazirinin müavini Vanq Şouven bildirib.

 

"İki ölkənin ticarət danışıqlarını aparan müvafiq qrupları məsləhətləşmələrə davam edir, Çin ilə ABŞ arasında iqtisadi-ticari əlaqələrini normal vəziyyətə qaytarmaq naminə bütün əngəlləyici rüsumların ləğvi imkanları müzakirə olunur", - deyə o qeyd edib.

 

Nazir müavini qarşılıqlı əngəlləyici rüsumların daha da yüksəldilməsinin hər iki tərəfə hər hansı fayda gətirməməklə bir çox başqa dövlətlərin də mənafeyinə mənfi təsir göstərdiyini vurğulayıb. "Report"

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar