Edama məhkum olunmuş güneyli məhbus Əhmədrza Calalinin durumu ağırlaşıb

26.01.2022, 12:42

İsveç vətəndaşı olan və hal-hazırda Tehranın “Evin” zindanında saxlanılan Güney azərbaycanlı alim professor Əhmədrza Calalinin səhhəti pisləşib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Ə. Calalinin həyat yoldaşı Vida Mehraniya məlumat yayıb. Məlumata görə, cərrahi əməliyyat keçirdikdən sonra professorun durumu ağırlaşıb, səhhəti təhlükəli həddə pisləşib.

Mehraniyanın dediyinə görə, yanvarın 22-də kəskin bağırsaq xəstəliyindən əziyyət çəkən Əhmədrza Calali ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyat olunub.

Professoru əməliyyatdan bir gün sonra yanvarın 23-də yenidən Evin zindanına qaytarıblar.

Güneyli alimin həyat yoldaşı onun yaxın ailə üzvlərinin dediyinə istinadən bildirib ki,  bu, Calali üzərində həyata keçirilən sayca ikinci əməliyyatdır. 

O, bu əməliyyatdan sonra Əhmədrza Calalinin psixi durumunun daha da kəskinləşdiyini qeyd edib.

Qeyd edək ki, professor Ə.Calali İsveç vətəndaşıdır, o İranda "Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub.

Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. 

Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı SEPAH-ın casusluq layihələrinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

Bundan əvvəl BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, həmçinin müxtəlif ixtisaslar üzrə 121 nobel mükafatı laureatı onun azadlığa buraxılmasını tələb edib.
Ə.Calali İranda tibb universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb.

O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.
 
Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edilib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. 

Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.
 
Azərbaycanlı alimın "cinayət işi" İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan bədnam "dosye"lərdən biridir.

Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.

C.E  
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Düşünməyə çağırış”: “Güney Azərbaycanda təbiətə zərər vuran sənaye”-VİDEO

2022-08-15

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycana qarşı terror təhdidi”-VİDEO

2022-08-15

gun az article

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022-08-15

gun az article

Qərbi Azərbaycanda silah-sursat aşkarlanıb

2022-08-14

gun az article

Savalan dağında kürdlərlə türklər arasında qarşıdurma olub-VİDEO

2022-08-14

gun az article

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

2022-08-14

gun az article

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022-08-14

gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13

gun az article

Zəncanda “Dənizsiz Şəhər” türk poeziya toplusu işıq üzü görüb

2022-08-13

gun az article

Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

2022-08-13

gun az article

Qəzvinli jurnalist həbs cəzasına məhkum edilib

2022-08-13

gun az article

“Körpü”də müzakirə: “İranın Azərbaycanla bitməyən düşmənçiliyi”-VİDEO

2022-08-13

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda məhərrəmlikdən sui istifadəçilik” -VİDEO

2022-08-13

gun az article

Savə zindanında iki məhkum edam edilib-Onlardan biri azərbaycanlıdır

2022-08-13

gun az article

Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-12

gun az article

Qərbi Azərbaycanda serum tapılmır

2022-08-12

gun az article

İranda daha 3 məhkum edam edilib

2022-08-12

gun az article

İran yığmasının güneyli boksçusu məşq zamanı həyatını itirib

2022-08-12

gun az article

Marağada gənclər arasında işsizlik artıb

2022-08-12

gun az article

Həmədanda kütləvi zəhərlənmə

2022-08-12