SON XƏBƏRLƏR

Damla güney azərbaycanlıların qonaqpərvərliyini təqdir edib- VİDEO

2021.10.20, 07:36
Damla güney azərbaycanlıların qonaqpərvərliyini təqdir edib- VİDEO

Gunaz.tv

GünAz TV: Quzey azərbaycanlı məşhur müğənni Damla Təbrizə etdiyi səfər zamanı güney azərbaycanlıları qonaqpərvərliyi və mehribanlığını təqdir edib.

 

Damla artıq 2-ci gündür ki, Təbriz şəhərindədir və güney azərbaycanlılar onu böyük sevgi və hörmətlə qarşılayıblar.

 

Müğənni video yayaraq, bu cür sevgi və mehribanlığın onu dərin təsirləndirdiyini deyib və öz sevinc göz yaşlarını gizlədə bilməyib.

 

O Urmiya, Ərdəbil və Rəşt şəhərindən çoxlu sayda güney azərbaycanlının onunla görüşə gəldiyini vurğulayır.

 

Damla Güney Azərbaycanda bu qədər sevildiyini təsəvvür etmədiyini, eləcə də güney azərbaycanlı soydaşlarımızın qonaqpərvərliyi, səmimiyyəti və mehribanlığı önündə təsirləndiyini deyib.

 

Damlanın bu videosu anti-Azərbaycan şəxslərin, eləcə də paniranistlərin qəzəbinə səbəb olub. İran rejiminə bağlı “Təbrize bidar” agentliyi xəbər yayaraq, bu məşhur və sevilən müğənnini nüfuzdan salmağa çalışıb və qara yaxma kampaniyasına əl atıb.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar