SON XƏBƏRLƏR

Ned Prays: “5+1 qrupu hesab edir ki, İranla danışıqlar dayandığı yerdən yenidən başlanmalıdır”

2021.10.23, 06:54
Ned Prays: “5+1 qrupu hesab edir ki, İranla danışıqlar dayandığı yerdən yenidən başlanmalıdır”

Gunaz.tv

O deyib ki, dünya güclərinin 2015-ci ildə imzaladığı nüvə razılaşmasının canlandırılması üçün 6 mərhələdə Ranla Vyanada apardığı danışıqlar dərhal bərpa edilməlidir.


“5+21 qrupuna üzv ölkələr, yəni ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya hesab edirlər ki, Vyana danışıqları dayandırıldığı yerdən dərhal yenidən başlanmalıdır.


Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali Orta Şərq regionuna səfərində müttəfiqimiz olan ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlərdə bizim İranın nüvə proqramı və onun regionda apardığı təxribat xarakterli fəaliyyətləri barədə nigaran qaldığımızı xatırladıb, qarşı tərəflərin danışıqlara qayıtması istiqamətində göstərilən cəhdlər barədə söhbət edib.


Mən Robert Malinin Orta Şərq regionuna səfərindən sonra onun Parisdə üç Avropa ölkəsi ilə apardığı diplomatik müzakirələrin detallarına toxunmaq istəmirəm. 


Yalnız onu deyə bilərəm ki, Amerika Birləşmiş Ştatları, üç Avropa ölkəsi və ümumilikdə 5+1 qrupuna üzv bütün ölkələr hələ də hesab edirlər ki, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün ən yaxşı yol diplomatiyadır”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.


Qeyd edək ki, Vyanada aparılan nüvə danışıqları İbrahim Rəisi İran prezidenti seçiləndən bu ana dayandırılıb.


Rəisi hökuməti isə bu günə qədər İranın Vyanadakı danışıqlar masasının arxasına konkret nə vaxt qayıdacağını açıqlamayıb. 
  

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar