SON XƏBƏRLƏR

Ned Prays: “İranın blokadaya alınmış pullarının azad olunması ilə bağlı yayılan xəbərlər düzgün deyil”

2021.12.10, 14:07
Ned Prays: “İranın blokadaya alınmış pullarının azad olunması ilə bağlı yayılan xəbərlər düzgün deyil”

Gunaz.tv

O deyib ki, bir sıra İran rəsmilərinin bununla bağlı yaydığı xəbərlər yalandır.

“Amerika və tərəfdaşları son 11 ay ərzində İranın blokadaya alınmış heç bir pulunu azad etməyiblər və həmin pulların azad olunması ilə bağlı yayılan bütün xəbərlər düzgün deyil”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Xatırladaq ki, İran Dövlət Agentliyinin icraçı direktoru Əli Nadiri ötən ay “Twitter” hesabında paylaşım edərək İranın Amerika və avropalı tərəfdaşları tərəfindən blokadaya alınmış pullarından 3 milyard 500 milyon dollarının azad edildiyini iddia etsə də, İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri dekabrın 9-da dövlət televiziyasına müsahibəsində həmin iddianı təkrar edib.

Bu arada SEPAH terror təşkilatına bağlı olan İranın “Fars” və “Tasnim” agentlikləri bu gün Ned Praysın bununla bağlı dünənki açıqlamasını İrana qarşı “psixoloji savaşı”ı adlandırıb.

“Bunun isə əslində baş verənlərə heç bir təsiri yoxdur”, -deyə “Fars” və “Tasnim” agentlikləri bildiriblər. 

23B9D7AA-8D9F-4D1D-A6F8-C90E83CD7B21_cx0_cy1_cw0_w1023_r1_s.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar