SON XƏBƏRLƏR

Əfqanıstan parlamentinin deputatı: “İran “taliban”çıları silah-sursatla təchiz edərək Əfqanıstana göndərir"

2021.10.20, 07:36
Əfqanıstan parlamentinin deputatı: “İran “taliban”çıları silah-sursatla təchiz edərək Əfqanıstana göndərir"

Gunaz.tv

GünAzTV: Əfqanıstan parlamentinin deputatı Əbdülsəbur Xidmət, dekabrın 7-də jurnalistlərə açıqlamasında İranın Əfqanıstandakı Taliban terror qruplaşmasına hər tərəfli yardımından danışıb.

 

O bildirib ki, Əfqanıstandakı Taliban terror qruplaşmasının yaraqlıları hökumət tərəfindən təzyiqə məruz qaldıqları vaxtlarda qanunsuz olaraq sərhəddi keçərək İrana sığınırlar: “İranın terrorçu Taliban qruplaşmasına dəstək verməsi yeni bir şey deyil. İran əvvəllərdə də olduğu kimi, həmişə “taliban”çıları silah-sursatla təchiz edərək, onları döyüşmək üçün Əfqanıstana göndərir. Talibançıların sığındığı yer İrandır. Onlar İranda hərbi təlimlər keçir, silah-sursatla təchiz edildikdən sonra Əfqanıstana göndərilirlər.

 

Hesab edirəm ki, son aylar İranla Amerika arasında çaxnaşmanın artmasından sonra, İran İslam Respublikasının Taliban terrorçu qruplaşmasına açıq-aşkar yardım və dəstək verməsinin əsas səbəblərindən biridir. Rəsmi Tehran çalışır ki, Əfqanıstanda gedən savaşı qızışdırmaqla, Amerikanın talibançılara qarşı mübarizəsini və Vaşinqtonun Əfqanıstandakı planlarını məğlubiyyətə uğratsın. Daha doğrusu, İran Taliban qruplaşmasını dəstəkləməklə, Əfqanıstanda Amerika qüvvələrinə problem yaratmağa çalışır”.

 

Əfqanıstandakı "taliban"çılar

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar