SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD AYIN AXIRINDA YENİ İQTİSADİ LAYİHƏ İRƏLİ SÜRƏCƏYİNİ DEYİB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD AYIN AXIRINDA YENİ İQTİSADİ LAYİHƏ İRƏLİ SÜRƏCƏYİNİ DEYİB

Gunaz.tv
ƏHMƏDİNEJAD AYIN AXIRINDA YENİ İQTİSADİ LAYİHƏ İRƏLİ SÜRƏCƏYİNİ DEYİB th042442829.jpg İyunun 8-də nazir, qubernator və hökumət müşavirləri qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad bu ayın sonuncu həftəsində ölkə iqtisadiyyatında dəyişiklik yaratmaq məqsədilə yeni layihə irəli sürəcəyini bildirib. Mahmud Əhmədinejad «Media forum» saytının məlumatına görə, İran prezidenti yeni layihənin yeddi hissədən ibarət olacağını, vergi, bank, əmtəə sistemini əhatə edəcəyini, layihədə müxtəlif subsidiyaların nəzərdə tutulduğunu vurğulayıb. Bir ay əvvəl İran Milli Bankının yaydığı rəsmi hesabata görə, ölkədə inflyasiya həddi 25 faizə qədər artıb. Əhmədinejad hökuməti inflyasiya prosesinin güclənməsinə görə ölkədə kəskin tənqidlərə məruz qalır. «Media forum» -------------------------------------------------------------------------- “Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq” Azərbaycan bu ilin payızında Xəzəryanı ölkələrin Bakıda keçiriləcək sammitində dənizin hüquqi statusuna dair məsələnin həll olunacağına ümid edir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. İran və Türkmənistanla status məsələsi ilə bağlı danışıqların davam etdiyini söyləyən diplomat bildirib ki, danışıqlarda hər dövlət öz maraqlarından çıxış edir, lakin bu maraqlar digər dövlətlərin maraqları ilə ziddiyyət yaratmamalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar