SON XƏBƏRLƏR

Əhvazlı ərəb müğənni milli geyiminə görə proqrama buraxılmayıb- İran Dövlət Televiziyasından irqçi addım

2021.10.20, 07:36
Əhvazlı ərəb müğənni milli geyiminə görə proqrama buraxılmayıb- İran Dövlət Televiziyasından irqçi addım

Gunaz.tv

GünAz TV: İranın Dövlət Teleradio Şirkətinin Kanal 2 Televiziyasının proqramlarından biri əhvazlı ərəb incəsənət xadimi və Meysan Qrupunun təsisçilərindən biri Basim Əl-Həmadini verilişə buraxmayıb.

 

Proqramın prodüserləri və televiziya rəsmiləri Əl-Çubiyyə kimi tanınan ərəb rəqsi ustadı və müğənni Əl-Hamadiyə öz xalqının milli geyimində verilişə gəlməsini irad tutublar və buna görə onu studiaya buraxmayıblar.

 

Əhvazlı ərəb fəallarının yaydıqları məlumatlara əsasən, o, mahnı ifa etmək üçün canlı yayınlanan “ailə axşamı” adlı verilişə dəvət edilibmiş. Amma televiziyanın şovinist rəhbərləri incəsənət xadimindən ərəb geyimini çıxarmağı tələb ediblər. O, bundan imtina etdiyinə görə verilişə buraxılmayıb və kanaldan qovulub.

 

Ərəb xalqı sosial şəbəkələrdə kampaniya başladaraq, əhvazlı incəsənət xadiminin ərəb düşməni və irqçi İran Dövlət Televiziyasının rəsmiləri qarşısında qətiyyətli mövqeyinə dəstək nümayiş etdiriblər. Onlar müğənninin şəklini paylaşıb, üzərində “yaşa Basim” həştəqini əlavə ediblər.

 

Qeyd etmək lazımdır ki, Əhvaz ərəbləri İranda yaşayan böyük etniklərdən biridirlər. İranın ən böyük neft və qaz yataqları ərəblərin vətəni olan Əl-Əhvazda (Xuzistan-red.) yerləşir. Lakin İran rejiminin ayrı-seçkiliyi və irqçiliyi səbəbindən bölgə baxımsız vəziyyətdədir və əyalətdə kasıblıq yüksək həddədir. Yağış nəticəsində elektrik verilişinin kəsilməsi də bölgənin baxımsızlıq səbəbindən elektrik naqillərinin bərbad vəziyyətdə olmasına görədir.

 

Ayrı-seçkilikdən savayı, İranda ərəblər də türklər kimi, tez-tez irqçi təhqirlərə məruz qalırlar. İran rejimi güney azərbaycanlılara qarşı sərgilədiyi türk düşmənçiliyi və anti-Azərbaycan mövqeyini eynilə ərəblərə qarşı da sərgiləyir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar