SON XƏBƏRLƏR

"İran vurulan pilotsuz təyyarələrlə İsrailə hücum etmək niyyətində idi"- Təl-Əviv

2022.03.22, 09:30
"İran vurulan pilotsuz təyyarələrlə İsrailə hücum etmək niyyətində idi"- Təl-Əviv

Gunaz.tv

“Jerusalem Post” qəzetinin yazdığına görə, ötən ay İsrail Hərbi Hava Qüvvələri İsrailə göndərilən iki pilotsuz təyyarəni İsrail F-35I qırıcıları tərəfindən vurulduğunu açıqlamışdı.

Məlumata görə, pilotsuz təyyarələrdən biri cənubdan İsrailə, digəri isə şərqdən İsrailə doğru hərəkət edirmiş.

İsrail Ordusu pilotsuz təyyarələrin harada vurulduğunu dəqiq açıqlamayıb.

Ancaq əlavə edib ki, pilotsuz təyyarələrin qalıqları region ölkəsi tərəfindən toplanaraq sənədləşdirilib və məlumat İsrail Ordusuna göndərlib.

İsrail hərbçiləri də konkret bir ölkənin adını çəkmədən bildiriblər ki, pilotsuz təyyarələr İsrail hava məkanına girməzdən əvvəl qonşu ölkələrdən birinin koordinasiya məlumatları əsasındaə aşkar edilib.

Yayılan məlumatlara görə, İsrail rəsmiləri hesab edir ki, İran pilotsuz təyyarələrlə Qəzzaya hərbi texnika keçirməyə çalışır və bu uğur qazanarsa, İran gələcəkdə də eyni şəkildə daha mühüm silahları qaçaqmalçılıq yolu ilə keçirmək niyyətini reallaşdırmağa çalışacaq.

“The Jerusalem Post” yazıb ki, İran son 4 ildə İsrailə pilotsuz təyyarələr buraxır və Tehranın bununla bağlı addımlarını artırması İsrail Hərbi Hava Qüvvələrinin sayıqlığının çoxalmasına səbəb olub.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar