SON XƏBƏRLƏR

Əli Dayiyə hücum edən şəxs yaxalanıb

2021.10.20, 07:36
Əli Dayiyə hücum edən şəxs yaxalanıb

Gunaz.tv

GünAzTv: Təbrizin Səhənd stadyomunda (stadion) “Fulad qostər”-lə “Perspolis” arasında keçirilən müsabiqədə, məşhur futbolçu Əli Dayiyə iynə ilə hücum edən şəxs yaxalanıb.

 

GünAzTv mətbuat mərkəzinin “Qol” saytına istinadən yaydığı məlumata görə, Şərqi Azərbaycanın polis əməkdaşları bu gün sözü gedən şəxsi tutublar.

 

“Pespolis” tərəfdarlarının biri hadisənin şahidi olub. O bildirib ki, Əli Dayiyə tərəf hücum edən şəxs kürd paltarı geymişdi. Onun sözlərinə görə Təbrizlilər komandaları uduzduğu üçün stadyomu (stadion)  tez tərk etmişdilər. hadisə isə oyundan sonra kürd paltarlı biri tərəfindən törədilib.

 

Xatırladaq ki, Əli Dayi bu hücumdan hər hansı bir sədəmə almayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar