SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: “Nüvə sazişi pozulsa, uranı 20 faiz dərəcəsində zənginləşdirməyi 4-5 gün ərzində bərpa edə bilərik”

2021.10.20, 07:36
Əli Əkbər Salehi: “Nüvə sazişi pozulsa, uranı 20 faiz dərəcəsində zənginləşdirməyi 4-5 gün ərzində bərpa edə bilərik”

Gunaz.tv

GünAzTV:İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi aprelin 8-də jurnalistlərə açıqlamasında, nüvə sazişinin pozulması ehtimalından və ölkəsinin buna verəcəyi reaksiyadan danışıb.

 

Salehi bildirib ki, İran, nüvə sazişi ilə bağlı baş verə biləcək hər hansı bir hadisəyə görə müxtəlif ssenarilər hazırlayıb: “Əgər Vyanada İranla Qərb arasında imzalanmış nüvə sazişi kimlərsə tərəfindən pozulsa, biz, “Fordu” nüvə təsisatında uranı 20 faiz dərəcəsində zənginləşdirmək fəaliyyətini maksimum 4-5 gün ərzində yenidən bərpa edəcəyik. Bu, yalnız bir şüar və ya şişirtmə bir iddia deyil, həqiqətdir”.

 

Salehinin həmin müsahibəsinin ardınca, Vyanada nüvə fizikası üzrə mütəxəssis Behruz Bayat, onun bu açıqlamasına münasibət bildirərək, İran Atom Enerjisi Təşkilatı rəisinin bu iddiasını “cəfəngiyyat” adlandırıb: “Uranın 20 faiz dərəcəsində zənginləşdirilməsi texniki baxımdan mümkündür. Lakin bunun 4-5 gün içində mümkün ola bilməsi ilə bağlı iddia yalan və cəfəngiyyatdır. Çünki, “Fordu” nüvə təsisatında çoxdan dayandırılmış və köhnəlmiş dəzgahların yenidən işə salınması vaxt aparacaq. Bunun üçün bu təsisat, əvvəlcə bir sınaq mərhələsini keçməlidir. Bunun üçün də, ən azı bir-iki il vaxt tələb olunur”.

 

Qeyd edək ki, Amerika rəsmiləri bundan əvvəl dəfələrlə bildiriblər ki, nüvə sazişində müəyyən dəyişikliklər edilməsə, Vaşinqton bu sazişdən çıxacaq. ABŞ prezidenti Donald Tramp isə ölkəsinin nüvə sazişində qalıb-qalmayacağı ilə bağlı qərarını yaxın bir ayda elan edəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar