SON XƏBƏRLƏR

Pentaqon: “İranın ballistik raketlər proqramı Amerikanı və tərəfdaşlarını təhdid edir”

2021.12.14, 12:21
Pentaqon: “İranın ballistik raketlər proqramı Amerikanı və tərəfdaşlarını təhdid edir”

Gunaz.tv

İranın ballistik raketlərini inkişaf etdirməsinin Vaşinqtonda ciddi narahatlığa səbəb olduğunu bildirən Kirbi deyib ki, Amerika İranın ballistik raketlərlə bağlı apardığı bütün fəaliyyətini nəzarətdə saxlayır.

“İranın ballistik raketlər proqramı Amerikanı və tərəfdaşlarını təhdid edir.

Bu proqram son illər daha da inkişaf etdirilib və İranın bu sahədə apardığı fəaliyyətindən doğan təhdidlər artıb. 

Məhz bunları nəzərə alaraq hesab edirik ki, bu təhdidin qarşısını almaq üçün müəyyən tədbirlər görülməli, konkret addımlar atılmalıdır”, -deyə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi bəyan edib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar