SON XƏBƏRLƏR

Pentaqon: “Nüvə silahlı bir İranla Orta Şərqdə heç bir problemin həlli asan olmayacaq”

2021.12.11, 09:49
Pentaqon: “Nüvə silahlı bir İranla Orta Şərqdə heç bir problemin həlli asan olmayacaq”

Gunaz.tv

O deyib ki, ABŞ prezidenti Co Bayden İranın nüvə proqramı ilə bağlı problemin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

“Prezident Baydenin prioriteti diplomatiyadər, lakin əgər Vyana danışıqları məğlubiyyətə uğrasa, o zaman İrana qarşı digər seçimlər gündəmə gələcək.

Bizim milli təhlükəsizlik baxımdan regionda mənafeyimiz var. Müdafiə nazirimiz Lloyd Ostinin borcu isə regionda milli təhlükəsizliklə bağlı maraqlarımızı qorumaq, müdafiə etməkdir. Biz isə bu işi davam etdirəcəyik.

Müdafiə naziri Lloyd Ostinin özü də dünən verdiyi açıqlamasında diplomatiyanın nəticə verəcəyinə ümidvar olduğunu, lakin danışıqlar məğlubiyyətə uğrayacağı təqdirdə məsələnin həlli üçün digər seçimləri gözdən keçirəcəklərini vurğulayıb.

ABŞ prezidentinin qarşısında duran seçimlər çoxdur və mən burada onlara toxunaq, barəsində danışmaq və ya fikir söyləmək istəmirəm.

 Hesab edirik ki, nüvə silahlı bir İranla Orta Şərqdə heç bir problemin həlli asan olmayacaq. Nazir Lloyd Ostin də bel düşünür və güman edir ki,  problemin həlli üçün ən yaxşı yol diplomatiya və müzakirə tərəflərinin qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtmasıdır”, -deyə Pentaqon sözçüsü Con Kirbi bildirib. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar