Sentyabrın 22-i gecə Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları davam edib

23.09.2022, 13:21

İranda etiraz aksiyalarının 6-cı günündə sentyabrın 22-i axşam saatlarında onlarla şəhərlə yanaşı Güney Azərbaycan şəhərlərində də yenidən aksiyalar keçirilməyə başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Sosial media fəalları və insan haqları təşkilatlarının verdiyi məlumatlara görə, başda Təbriz olmaqla Ərdəbil, Xiyav (Meşgin), Məlikan, Mərənd, Marağa, Məlayer, Urmu, Zəncan, Üşnü, Qəzvin, Həmədan, Bukan, və b. etiraz aksiyaları geniş vüsət alıb.

Təbrizdə qarşıdurmaların şiddətlin olduğunu bildirən İran hökumətinə müxalif təşkilatlar bir neçə nəfərin öldürüldüyü, çox sayda etirazçının yaralandığı barədə məlumatlar yaysalarda, internetə qoyulan məhdudiyyətlər səbəbindən bunu dəqiqləşdirmək mümkün olmayıb. 

Yayılan videolardan adı çəkilən şəhərlərin hamısında etirazçılarla  xüsusi təyinatlı və polis qüvvələri arasında qarşıdurma olub, bir sıra hallarda hökumət məmurları aksiyaçılara odlu silahdan atəş açıblar.

Bir neçə şəhərdə etirazların kütləviləşdiyini və narazılarının sayının çoxaldığını görən hökumət məmurlarının hadisə yerindən qaçdığını əks etdirən videolar yayılıb.

Bir neçə şəhərdə hökumətin repressiyalara bəraət qazandırmaq üçün yarım hərbi BƏSİC qüvvələri və mülki geyimli təhlükəsizlik məmurlarının ictimai əmlaka ziyan vurmalarının qarşısı alınıb və onlar döyülərək aksiya keçirilən bölgələrdən qovulublar.

Qəzvində narazıların şəhər meydanında İran bayrağını endirmələri və ona od vurmaları SEPAH-ın cəza tədbirləri görəcəyi ilə bağlı sərt bəyanat verməsinə səbəb olub.

Qərbi Azərbaycan əyalətinin Üşnü şəhərində narazılarla hökumət məmurları arasında şiddətli qarşıdurmanın olduğu, xüsusi təyinatlı qüvvələrin əhaliyə qarşı odlu silahdan atəş açdığı bildirilib.

Bir neçə nəfərin yaralandığını, onlarla insanın həbs edildiyini xəbər verən sosial media fəalları hələlik onların kimliyinin dəqiqləşdirilə bilmədiyini yazırlar.

Bununla yanaşı aksiyaların genişləndiyi ilə eyni vaxtda güney azərbaycanlı milli-mədəni fəallar qadın hüquqları, ana dili, milli haqlar və başqa problemlərlə bağlı istəklərini ifadə edən türk dilində şüarlar səsləndirməyə başlayıblar.

Rejimə və Əli Xameneyiyə qarşı qarşı verilən şüarlarla yanaşı, ən çox səsləndirilən və xalq arasında rəğbətlə qarşılanan şüarlardan biri "Ədalət, Azadlıq, Milli hökumət" şüarıdır.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19