SON XƏBƏRLƏR

Ərdəbildə ata və oğul üzgüçülük hovuzunda boğulub

2021.10.20, 07:36
Ərdəbildə ata və oğul üzgüçülük hovuzunda boğulub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində ata və oğulun üzgüçülük hovuzunda boğularaq öldüyü bildirilir.

 

Hadisə “Cam-i cəm” üzgüçülük hovuzunda baş verib.

 

Bu barədə Ərdəbil Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi Hamid Purəziz mətbuata məlumat verib.

 

“Oktyabrın 29-u axşam saatlarında 49 yaşlı ata və 13 yaşlı oğlu “Cam-i cəm” hovuzunda suya qərq olub. Onlar xəstəxanaya aparılıb, lakin həkimlərin  səyi nəticə verməyib və çərşənbə axşamı günü günorta saatlarında həyatlarını itiriblər”- deyə o bildirib.

 

Ərdəbil Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi mövzu ilə bağlı geniş məlumat verməyib. O hadisənin araşdırıldığını, bu barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcəyini bildirib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar