SON XƏBƏRLƏR

Ərdoğan and içib

2021.10.20, 07:36
Ərdoğan and içib

Gunaz.tv

GünAz TV: Türkiyə prezidenti iyulun 9-da and içərək rəsmən vəzifəsinə yenidən başlayıb.

 

Rəcəb Tayyib Ərdoğan 24 iyun seçkilərinin nəticəsi olaraq Türkiyədə yeni quruculuq sistemi yaradıb.

 

Türkiyədə artıq parlament idarəçiliyi dövrü başa çatmış olur, ölkə prezident idarəçiliyi üsuluna keçir.

 

Andiçmə mərasimi Türükiyənin Böyük Millət Məclisində baş tutub.

 

Ərdoğan 15 ildən çoxdur Türkiyə siyasətində dominant roldadır, əvvəlcə baş nazir, 2014-cü ildən isə prezident postundadır.

 

O, iyunun 24-də keçirilən səsvermədə səslərin 52,5 faizini toplayıb. 2017-ci il referendumunun nəticələrinə görə, hökumət parlament sistemindən prezident üsul-idarəsinə keçib.

 

Bu dəyişiklər Ərdoğana yeni səlahiyyətlər verir.

 

Tənqidçilər yeni sistemin Türkiyəni “bir adamın rejimi”nə çevirəcəyini bildirir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar