SON XƏBƏRLƏR

Ərdoğan: "NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir"

2021.10.20, 07:36
Ərdoğan: "NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir"

Gunaz.tv

GünAz TV: “NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”.

 

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Londona yola düşərkən hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

 

“NATO-nun yenilənməyə ehtiyacı var. 2000-ci illərin baxışı ilə günümüzü qavraya bilmərik”, - Türkiyə prezidenti deyib.

 

Onun sözlərinə görə, NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir: “Alyansın sərhədi olan cənub sərhədlərimizdə ölkəmizlə bərabər, Avropaya və bütün müttəfiqlərimizə təsir edəcək hadisələr yaşanır. Terrora qarşı mübarizədə ölkəmizə dəstək verilməsini istəyirik”.

 

Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədə israrlı olduqlarını NATO-nun ən yüksək səviyyəsində ifadə edəcəklərini vurğulayıb. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar